Advokat Şəxsiyyət

INFJ-A / INFJ-T

Advokat INFJ-A / INFJ-T

"İnsanlara olmaqları lazım olan kimi rəftar edin, beləcə ola biləcəkləri insana çevrilməklərində kömək edərsiniz."

Yohann Volfqanq fon Göte

Advokatlar (INFJ) çox nadir rast gəlinən şəxsiyyət tipi olsalar da, şübhəsiz ki, dünyada izlərini qoyurlar. Onlar odealist və prinsipialdırlar, onlar həyat boyunca irəliləməklə kifayətlənməyib, ayağa qalxıb fərq yaratmaq arzusundadırlar. Advokat şəxsiyyətlər üçün müvəffəqiyyət pul və ya statusdan deyil, özünü reallaşdırmaqdan, başqalarına kömək etməkdən və dünyada yaxşılıq naminə qüvvə olmaqdan yaranır.

Onların nə qədər iddialı məqsədləri və ambisiyaları olsa da, Advokatları tənbəl xəyalpərəstlərlə qarışdırmaq olmaz. Bu şəxsiyyət tipinə malik insanlar dürüstlüyə əhəmiyyət verir və düzgün bildiklərini edənə qədər nadir hallarda razı qalırlar. Vicdanlıdırlar, onlar dəyərlərini aydın dərk edərək həyatda irəliləyir və başqa insanlara və ya ümumiyyətlə cəmiyyətə görə deyil, öz bildiklərinə və intuisiyalarına görə hərəkət edərək həqiqətən əhəmiyyətli olanı heç vaxt nəzərdən qaçırmamağa çalışırlar.

Advokat (INFJ) Şəxsiyyət

Məqsəd axtarışı

Ola bilsin ki, onların şəxsiyyət tipləri qeyri-adi olduğundan Advokatlar şüurlu olaraq, ya da olmadan əksər insandan fərqli olduqları hissinə qapılmağa meyillidirlər. Zəngin daxili həyatları və həyat məqsədlərini tapmaq üçün dərin, davamlı istəkləri ilə hər zaman ətrafdakılarla uyğunlaşmırlar. Bu o demək deyil ki, Advokatlar ictimaiyyətin qəbulundan və ya yaxın münasibətlərdən həzz ala bilmir – sadəcə olaraq, onlar bəzən yanlış anlayır və ya dünya ilə ziddiyyət hiss etdiklərini büruzə verir.

Xoşbəxtlikdən, bu uyğunsuzluq hissi Advokatların dünyanı daha yaxşı bir yerə çevirmək mövzusundakı qərarlılığını azaltmır. Advokatlar haqsızlığa əsəbləşir və adətən şəxsi mənfəətdən daha çox altruizmə əhəmiyyət verirlər. Onlar tez-tez başqalarını yüksəltmək və şəfqət yaymaq üçün öz güclərini, o cümlədən yaradıcılıq, təxəyyül və həssaslıqdan istifadə edirlər.

Advokatları başqasının həyatını yaxşılığa doğru dəyişmək kimi heç nə ruhlandırmır.

Advokatların əksəriyyəti başqalarına kömək etməyi həyatda öz missiyası olaraq görür və onlar hər zaman haqlı olanı müdafiə etməyin yollarını axtarırlar. Bu şəxsiyyət tipinə malik olan insanlar eyni zamanda ədalətsizliyin və çətinliklərin keçmişdə qalması ümidi ilə cəmiyyətin daha dərin problemlərini həll etməyi arzulayırlar. Lakin bəzən Advokatlar ideallarına o qədər diqqət yetirir ki, özlərinə lazımi qayğını göstərmirlər - bu, stresə və tükənmişliyə gətirib çıxara bilər.

Başqaları ilə (Özləri ilə) əlaqə

Advokatlar introvert olsalar da, onlar başqaları ilə dərin, autentik münasibətlərə dəyər verirlər. Bu şəxsiyyətləri başqa bir insanı həqiqətən tanımaq və əvəzində tanınmaq qədər xoşbəxt edən çox az şey var. Advokatlar kiçik söhbətlərdən daha çox mənalı söhbətlərdən həzz alırlar və onlar mülayim və həssas bir şəkildə ünsiyyət qurmağa meyllidirlər. Bu emosional dürüstlük və fikir ətrafdakı insanlarda güclü təəssürat yarada bilər.

Bir neçə yaxın münasibət, həqiqi olmaları şərti ilə, Advokatların qəlbini tam doldura bilər.

Düşüncəli və şəfqətli Advokatlar münasibətlərinə böyük enerji və qayğı sərf edirlər. Bu, onların hər zaman qarşılığında təqdir olunduqlarını hiss etdikləri mənasına gəlmir. Advokatlar çox düşüncəli və qayğı ilə hərəkət etməyə meyllidirlər və digər insanların onların yaxşı niyyətlərini anlamaması onları məyus edə bilər. Nəticədə, hətta konstruktiv tənqid də bu şəxsiyyətlər üçün inanılmaz dərəcədə şəxsi və ya incidici ola bilər.

Şəxsi missiya

Advokatların əksəriyyəti həyatlarının unikal bir məqsədi olduğuna – bu dünyaya icra etmək üçün gəldikləri missiyasına inanırlar. Bu şəxsiyyət tipinə malik insanlar üçün həyatın ən faydalı tərəflərindən biri bu məqsədi axtarmaqdır və onu tapdıqdan sonra, ədalətli olmağa çalışmaqdır.

Advokatlar bərabərsizlik və ya ədalətsizliklə qarşılaşdıqları zaman nadir hallarda təslim olurlar – bunun əvəzində həll yolu tapmaq üçün intuisiya və şəfqətlərinə üz tuturlar. Ağılla hissləri tarazlaşdırmaq üçün fitri qabiliyyətlərə sahib Advokatlar böyük, yaxud kiçik olmasından asılı olmayaraq, dünyadakı haqsızlıqları düzəltmək üçün proqramlaşdırılıblar. Bu şəxsiyyətlərin hər kəsin qayğısına qalmaqla məşğul olduqları halda, bəzən ara verməli və özlərinə də diqqət yetirməli oluqlarını xatırlamaqları lazımdır.

Məşhur Advokatlar