Artist
Heç bir tərəddüd etmədən hər saniyə yaşa.
Spontan olaraq rəqs edib mahnı oxumağa başlayan birini axtarsanız, bu ESFP şəxsiyyət tipli insanlar (Artistlər) olacaq. Onlar anın həyəcanına qapılır və hamının eyni hissləri yaşamasını istəyirlər. Başqalarını həvəsləndirməyə gəldikdə, heç bir tip öz vaxtını və enerjisini bu qədər səxavətlə sərf etmir və bunu onlar qədər cazibədar tərzdə edə bilmir.
Ehtirasla Yaşamaq
ESFP-lər, sanki teatr səhnəsində olan aktyorlar kimi, özlərini rahatlıqla ön plana çıxarırlar. Lakin bu, onların sırf özlərinə diqqət çəkmək istədikləri anlamına gəlmir – daha çox situasiyaya uyğun davranmaq, mühitə sürətlə adaptasiya olmaq bacarıqlarından irəli gəlir. Onlar sosial ətrafın “güzgüsü” kimi, başqalarının davranışını ustalıqla əks etdirə bilirlər.
ESFP xarakter tipli insanlar həyatın ən sadə anlarından həqiqətən zövq alırlar və onlar üçün yaxşı dostlarla əylənməkdən daha böyük sevinc yoxdur. Bu xarakter tipinə malik insanlar demək olar ki, həmişə tək qalmaq əvəzinə dostları ilə vaxt keçirməyi seçərlər. Özünəməxsus və sadə zarafatları ilə onlar diqqət mərkəzində olmağı və hər görüşü bir qədər şənliyə çevirməyi sevirlər.
Bu sadəcə sözdə deyil – ESFP-lər bütün şəxsiyyət tipləri arasında ən güclü estetik duyuma sahibdirlər. Geyimdən və görünüşdən tutmuş gözəl tərtib edilmiş evə qədər, onların moda duyumu mükəmməldir. Cəlbedici olanı dərhal görə bildikləri üçün, ətraflarını öz şəxsi üslublarına uyğun dəyişməkdən çəkinmirlər. Bu tip təbii olaraq maraqlıdır və yeni dizayn və üslubları asanlıqla kəşf edir.
Həmişə belə görünməsə də, bu xarakter tipinin nümayəndələri hər şeyin onlarla bağlı olmadığını bilirlər – onlar müşahidəçi və başqalarının hisslərinə qarşı çox həssasdırlar. Onlar səmimi dəstək və praktik məsləhətlər təqdim etməkdən çəkinməzlər. Lakin mövzu onların öz problemlərinə gələndə, kritik rəylərdən qaçmağa çalışır, konfliktə qarışmağı sevmirlər. Drama və həyəcanı xoşlasalar da, tənqidin hədəfi olmaq onların kefini poza bilər.
Spontan Ruh
Onların qarşılaşdığı ən böyük çətinlik odur ki, ani həzzlərə o qədər fokuslanırlar ki, bu həzləri mümkün edən vəzifə və məsuliyyətləri unudurlar. Mürəkkəb təhlillər, təkrarlanan tapşırıqlar və statistikanı real nəticələrlə əlaqələndirmək ESFP şəxsiyyət tipinə malik insanlar üçün asan fəaliyyətlər deyil. Onlar daha çox spontan imkanlara və ya sadəcə geniş dost dairələrindən kömək istəməyə üstünlük verirlər. ESFP-lər üçün təqaüd planları və ya şəkər qəbulu kimi uzunmüddətli məsələləri izləmək üçün özlərinə meydan oxumaları vacibdir – bu məsələlərə nəzarət etməkdə kömək edəcək başqa birisi həmişə ətrafda olmayacaq.
ESFP-lər keyfiyyət və dəyər duyğusuna sahibdirlər ki, bu özlüyündə yaxşı xüsusiyyətdir. Lakin zəif planlaşdırma meylləri ilə birlikdə bu, onların maddi imkanlarından artıq yaşamalarına səbəb ola bilər və kredit kartları xüsusilə təhlükəlidir. Uzunmüddətli hədəfləri planlaşdırmaq əvəzinə fürsətlərdən dərhal yararlanmağa can atdıqları üçün diqqətsizlikləri bəzi fəaliyyətləri əlçatmaz edə bilər.
ESFP-lər, harada əyləncə, sevinc və yenilik varsa, həmişə ora dəvətlidirlər – onların ən böyük sevinci hər kəsin bu macəraya qoşulmasına nail olmaqdır. Bu insanlar saatlarla söhbət edə, bəzən mövzunu yayındırsalar da, söhbəti canlı saxlamağı bacarırlar. Yaxınlarının həm xoş, həm də çətin anlarında onların duyğularına şərik olurlar. Sadəcə işlərini nizama sala bilsələr, dostları ilə birlikdə dünyanın təklif etdiyi bütün yeni və həyəcanverici şeylərə hazır olacaqlar.