Müdafiəçi Şəxsiyyət

ISFJ-A / ISFJ-T

Müdafiəçi ISFJ-A / ISFJ-T

Sevgi paylaşdıqca çoxalır. Ancaq başqalarına nəsə verməklə özünüz üçün daha artığına sahib ola bilərsiniz.

Brayan Treysi

Müdafiəçilər (ISFJ) öz ədəbli və təvazökar tərəfləri ilə dünyada mühüm əhəmiyyətə malikdirlər. Zəhmətkeş və fədakar olan bu şəxsiyyət tipinə malik insanlar ətrafdakılar qarşısında dərin məsuliyyət hiss edirlər. Medafiəçilər işi vaxtında başa çatdırmaq, ad günlərini və xüsusi günləri xatırlamaq, adət-ənənələri qorumaq və sevdiklərinə diqqət, dəstək jestləri göstərmək mövzusunda etibarlı insanlardır. Lakin onlar nadir hallarda bütün etdiklərinin qiymətləndirilməsini tələb edir, bunun əvəzinə pərdə arxasında fəaliyyət göstərməyi üstün tuturlar.

Bu, çox yönlü qabiliyyətlərə sahib, bacarıqlı, qətiyyətli şəxsiyyət tipidir. Həssas və qayğıkeş olsalar da, Müdafiəçilər həm də əla analitik qabiliyyətlərə və təfərrüatlara diqqət yetirmə bacarığına sahibdirlər. Və ehtiyatlı olmaqlarına baxmayaraq, yaxşı inkişaf etmiş insani bacarıqlara və möhkəm sosial münasibətlərə sahibdirlər. Müdafiəçilər həqiqətən də, güclü tərəflərinin cəmindən daha artığıdır və onların müxtəlif güclü tərəfləri hətta gündəlik həyatlarının ən adi aspektlərində belə parlayır.

Müdafiəçilər əsl altruistlərdir, nəzakətə həddən artıq nəzakətlə qarşılıq verirlər və inadıqları işə, insanlara həvəs və səxavətlə yanaşırlar.
Müdafiəçi (ISFJ) Şəxsiyyət

Sadiqlik bacarığı

Müdafiəçilərin ən fərqli xüsusiyyətlərindən biri sadiqlikdir. Bir dostluğun və ya münasibətin səy göstərilməməsi səbəbindən bitməsinə icazə verən Müdafiəçiyə nadir rast gəlinir. Bunun əvəzinə, onlar yalnız “Necəsən?” tipli mətn mesajları göndərməklə kifayətlənmir, yaxınları ilə möhkəm əlaqələr saxlamaq üçün çox enerji sərf edirlər. Bu şəxsiyyət tipinə malik insanlar, dostları və ya ailə üzvləri çətinlik çəkəndə hər şeyi bir kənara atıb yardım əlini uzatmaqları ilə tanınırlar.

Müdafiəçilər köməklərinə ehtiyacları olan birinin yanında olduqda, özlərini daha çox enerjili və təsirli hiss edirlər.

Müdafiəçilərin sadiklik hissi onların ən yaxın və əzizləri ilə məhdudlaşmır – bu, çox vaxt onların cəmiyyətlərinə, işə götürənlərinə və hətta ailə ənənələrinə də şamil edilir. Lakin onların öhdəliyinin və xidmət etmək istəyinin intensivliyinin mənfi tərəfləri ola bilər. Digər insanlar Müdafiəçilərin faydalı, zəhmətkeş təbiətindən istifadə edərək, onların tükənmiş və həddən artıq işləmiş kimi hiss etməklərinə səbəb ola bilərlər. Müdafiəçilər özlərinə, münasibətlərinə və ya keçmişdə etdiklərinə dair dəyişikliklər (hətta zəruri dəyişikliklər) barədə düşündükdə belə, özlərini günahkar və ya stresli hiss edə bilərlər.

Ən yüksək standartlar

Müdafiəçilərə görə, "kifayət qədər yaxşı" nadir hallarda kifayət qədər yaxşıdır. Bu şəxsiyyət tipinə sahib insanlar mükəmməlliyə nail olana qədər çox diqqətli ola bilərlər. Onlar məsuliyyətlərini şəxsən öz üzərlərinə götürür, daim irəliyə doğru gedir və başqa insanların gözləntilərini aşmaq üçün əllərindən gələn hər şeyi edirlər.

Müdafiəçi şəxsiyyətləri təvazökarlığı ilə tanınır və nadir hallarda diqqət mərkəzində olurlar.

Bəs Müdafiəçilərin səyləri diqqətdən kənarda qalanda və ya qiymətləndirilməyəndə nə baş verir? Müdafiəçilər nailiyyətlərini şişirtməməyə meylli olsalar da, bu, onların tanınmaqdan həzz almadıqları və ya bunun adi hal kimi qəbul edilməsindən məmnun olduqları mənasına gəlmir. Özləri üçün ayağa qalxmağı öyrənmədikləri müddətcə, Müdafiəçilər həvəslərini və motivasiyalarını yavaş-yavaş itirə bilər, nəticədə sadəcə onları qiymətləndirməyən insanlardan inciməyə başlayırlar.

Başqalarını və özlərinin rifahı üçün addımlar atma

İntrovert olmalarına baxmayaraq, Müdafiəçilər dərin sosial xarakterə malikdirlər. Başqalarının həyatının təfərrüatlarını yadda saxlamaq qabiliyyəti sayəsində Müdafiəçilər dostlarını və tanışlarını göründüklərini, tanındıqlarını və əzizləndiklərini hiss etdirmək üçün xüsusi istedada sahibdirlər. Çox az şəxsiyyət tipi Müdafiəçilərin böyük və ya kiçik hər hansı xüsusi gün üçün düzgün hədiyyə seçmək qabiliyyəti ilə uyğunlaşa bilər.

Fədakar və düşüncəli Müdafiəçilər ətraflarındakı insanların sabit, firavan və xoşbəxt həyat qurmalarına kömək etməkdən olduqca çox həzz alırlar. Bu şəxsiyyət tipinə malik olan insanlara görə başqa insanların rifahı üçün atdıqları addımı özləri üçün də atmaq asan olmaya bilər, lakin onlar bunu etdikdə, dünyada yaxşılıq etmək üçün adətən özlərini daha çox enerjili və motivasiyalı hiss edirlər.

Məşhur Müdafiəçilər