Qurucu Şəxsiyyət

INTJ-A / INTJ-T

Qurucu INTJ-A / INTJ-T

“Təfəkkür insanın əzəmətini təşkil edir. İnsan qamışdır, təbiətdəki ən zəif varlığı, lakin düşünən bir qamışdır”.

BLEZ PASKAL

Zirvədə yalnız tənha qalmaq olar. Ən nadir rast şəxsiyyət tiplərindən və ən bacarıqlılardan biri olan Qurucular (INTJ) bunu çox yaxşı bilirlər. Rasional və çevik Qurucular saxtakarlıq və ikiüzlülüyün ardındakını görmə mövzusundakı əsrarəngiz bacarıqları ilə bərabər, özləri üçün düşünmək qabiliyyəti ilə qürur duyurlar. Bununla belə, zehnləri heç vaxt dincəlmədiyindən Qurucular ətrafdakı hər şeyi fasiləsiz olaraq təhlil edə biləcək insanları tapmaqda çətinlik çəkə bilərlər.

Qurucu (INTJ) Şəxsiyyət

Yenilikçi ruh

Qurucular hər şeyi sorğulayır. Əksər şəxsiyyət tipləri həyatlarını istiqamətləndirmək üçün adi biliklərə və digər insanların təcrübəsinə əsaslanaraq status-kvonya güvənir. Lakin hər zaman şübhə ilə yanaşan Qurucular öz kəşflərini etməyə üstünlük verirlər. İşləri görməyin daha yaxşı yollarını tapmaq axtarışlarında qaydaları pozmaqdan və ya qiymətləndirilməməkdən qorxmurlar – əslində isə bundan həzz alırlar.

Amma bu şəxsiyyət tipinə sahib insanların da sizə deyəcəyi kimi, əgər yeni ideya heç bir işə yaramırsa, o, qiymətli deyil. Qurucular yalnız yaradıcı deyil, həm də uğurlu olmaq istəyirlər. Onlar fərasətlərinin, məntiqlərinin və iradələrinin bütün gücünü tətbiq edərək, işlərinə tək yönümlü bir təşviq qatırlar. Və mənasız qaydalar yaxud da yaxşı düşünülməmiş tənqidlər edərək onları yavaşlatmağa çalışan hər kəsə Tanrı kömək etsin.

Qurucular müstəqil olaraq digər insanların gözləntilərinə məhəl qoymayıb öz ideyalarını həyata keçirmək istəməzlər.

Bu şəxsiyyət tipi güclü müstəqilliyə sahib olur. Qurucular təkbaşına hərəkət etməkdən çəkinmirlər, ola bilsin ki, onlar başqalarının onlara çatmasını gözləməyi sevmirlər. Bununla yanaşı, ümumiyyətlə, onlar heç kimin rəyini istəmədən qərar qəbul etməyi üstün tuturlar. Bəzən bu yalqız canavar davranışı digər insanların düşüncələrini, istəklərini və planlarını nəzərə almadığı üçün laqeyd görünə bilər.

Bununla belə, Qurucuları laqeyd hesab etmək yanlış olardı. Səbirli intellektləri ilə bağlı stereotiplər nə olursa olsun, bu şəxsiyyətlər dərindən hiss edirlər. İşlər yolunda getmədikdə və ya başqalarını incitdikdə, Qurucular bundan şəxsən təsirlənir və hadisələrin nə üçün bu cür baş verdiyini anlamağa çalışarkən həddən artıq zaman və enerji sərf edirlər. Emosiyalara hər zaman qərar vermə vasitəsi kimi yanaşmasalar da, onlar əsl insandırlar.

Sonsuz bilmək arzusu

Qurucular həm ən cəsur xəyalpərəst, həm də ən şiddətli pessimistlər ola bilərlər. Onlar iradə və zəka sayəsində hətta ən çətin hədəflərinə belə nail olacaqlarını düşünürlər. Lakin bu şəxsiyyətlər, insanların əksəriyyətinin tənbəl, təxəyyül qabiliyyəti olmayan və ya sadəcə bayağılığa məhkum olduğunu güman edərək, insan təbiəti haqqında skeptik ola bilər.

Qurucu şəxsiyyət tipinə sahib insanlar özünə hörmət hissinin çoxunu biliklərindən və zehni itiliklərindən əldə edirlər. Ola bilsin ki, məktəbdə onları "kitab qurdu" və ya "çox çalışqan şagird" adlandırıblar. Lakin əksər Qurucu bu kimi etiketləri təhqir kimi qəbul etmək əvəzinə, onları mənimsəyir. İstər kodlaşdırma, istər kapoeyra, istərsə də klassik musiqi olsun, onları maraqlandıran hər hansı bir mövzu haqqında özlərini öyrətmək və bu sahədə professionallaşma qabiliyyətlərinin fərqindədirlər.

Qurucular sadəcə göstəriş məqsədilə yeni şeylər öyrənmirlər, onlar biliklərinin hüdudlarını genişləndirməkdən həqiqətən həzz alırlar.

Qurucular sabit fikirli olub, qeyri-ciddiliyə, diqqəti yayındıran şeylərə və ya boş qeybətlərə qarşı daha az dözümlüdürlər. Bununla belə, onlar darıxdırıcı və ya yumor anlayışı olmayan şəxslər deyillər. Qurucuların əksəriyyəti kobud zəkaları ilə tanınır və çox vaxt ciddi xarici görünüşlərinin ardında kəskin, mükəmməl sarkastik yumor hissi olur.

İctimai məyusluqlar

Qurucular istiqanlı və həssas olmaqları ilə tanınmırlar. Onlar rasionallığı və müvəfəqiyyəti nəzakət, xoş niyyətlərdən daha üstün tutmağa meyllidirlər – başqa sözlə, məşhur olmaqdansa, haqlı olmağa üstünlük verirlər. Bu, bir çox uydurma canilərin bu şəxsiyyət tipinə görə modelləşdirilməsinin səbəbini izah edir.

Qurucular həqiqətə və dərinliyə dəyər verdiklərinə görə, kiçik söhbətlərdən tutmuş ağ yalanlara qədər bir çox ümumi ictimai təcrübələr onlara mənasız və ya tamamilə maraqsız gələ bilər. Nəticə etibarilə, onlar yalnız dürüst olmağa çalışdıqları zaman birdən kobud və ya hətta təhqiredici görünə bilərlər.

Bəzən Qurucular başqa insanlarla ünsiyyətdə olmağın bu məyusluğa dəyib-dəyməyəcəyi barədə düşünürlər.

Bununla belə, hər hansı bir şəxsiyyət tipi kimi, Qurucular da da sosial qarşılıqlı əlaqəyə can atırlar - onlar sadəcə öz dəyərlərini və prioritetlərini paylaşan insanlarla əhatə olunmağa üstünlük verirlər. Əksərən onlar buna yalnız özləri kimi davranmaqla nail ola bilirlər. Qurucular öz maraqlarının ardınca getdikdə, onların təbii inamları insanları peşəkar, sosial və hətta romantik baxış bucağına görə cəlb edə bilər.

Həyatın Şahmat Oyunu

Qurucular ziddiyyətlərlə doludur. Onlar yaradıcı, lakin qətiyyətli, iddialı, lakin özəldirlər və hər şeylə maraqlanan, lakin diqqətlidirlər. Kənardan bu ziddiyyətlər çaşdırıcı görünsə də, Qurucunun zehninin daxili xüsusiyyətini dərk etdikdən sonra onlar daha çox məna kəsb edir.

Bu şəxsiyyətlər həyatı nəhəng şahmat oyununa bənzədir. Təsadüfdən çox strategiyaya güvənən Qurucular, hər bir hərəkəti etməzdən əvvəl onun güclü və zəif tərəfləri haqqında düşünürlər. Və kifayət qədər yaradıcılıq və dərrakə ilə yol boyunca hansı çətinliklərlə qarşılaşmalarına baxmayaraq, qalib gəlməyin üsulunu tapacaqlarına dair inanclarını heç vaxt itirmirlər.

Məşhur Qurucular